Azarkesler zelzele toredir?

14:48 23 Yanvar 2015
208 Ölkə
Ölkə mətbuatı
A- A+


Baki, 23 yanvar, AzerTAc
ABS-da seysmoloqlar zelzeleni oyrenmek ucun futbol azarkeslerinden istifade edibler.
Indiki yuksek texnologiyalar esrinde bele zelzeleler alimler ucun boyuk sirr olaraq qalir. Bu fenomen oyrenilmesinin murekkebliyi ondadir ki, hele de zelzeleleri proqnozlasdirmaq mumkun deyil.
Amerikali seysmoloqlarin komeyine ise futbol azarkesleri gelibler. Melumdur ki, ABS-da coxlu sayda futbol heveskarlari yasayir. Bu ilin yanvar ayinda iki meshur “Seattle Seahawks” ve “Green Bay Packers” komandalarinin oyunu kecirilib. Bu hadise tedqiqat ucun kifayet qeder zengin material verib. Hele 2011-ci ilde tedqiqatcilar bildirmisdiler ki, matcin en gergin anlarinda iki bal gucunde tekan bas vere biler. Oyundan evvel seher stadionunda xususi saygaclar qurasdirilib. Saygaclar bir nece saniye erzinde yeralti tekani olcmeye imkan veren proqramla techiz olunub. Matcin sonuna yaxin her sey seysmoloqlarin gozledikleri kimi oldu. “Seattle Seahawks” komandasinin ev stadionunda qelebesi ve azarkeslerin ayaq tappiltilari suni “zelzele” yaradib.
Evveller Isvec tedqiqatcilari qrunt sularinin kimyevi terkibinin analizi vasitesile zelzeleni proqnozlasdirmaq ucun calisiblar. Bunun ucun onlar bes il erzinde quyudan su goturubler. Texminen zelzeleden yarim il evvel mayenin kimyevi terkibi deyisib. Ancaq bu barede danismaq hele tezdir. Seysmoloqlar alinmis neticelerden istifade ederek zelzeleleri oyrenmek ucun daha murekkeb saygaclar ve xeberdarliq sistemleri yarada bilerler.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR