Qubernator Sankt-Peterburq küçələrindən birinə Əhməd Kadırovun adının verilməsinə qarşı çıxıb

14:52 23 Yanvar 2015
187 Dünya
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 14:46 ]


Moskva. Fərid Əkbərov - APA. Sankt-Peterburqun qubernatoru Georgi Poltavçenko şəhər küçələrindən birinə Çeçenistanın sabiq prezidenti Əhməd Kadırovun adının verilməsinə qarşı çıxıb.

 

APA-nın Rusiya bürosunun xəbərinə görə, bu barədə G.Poltavçenko Sankt-Peterburq qanunvericilik məclisinin deputatı Vitali Milonovun sorğusuna cavabında bildirib.

 

"Əhməd Hacı Kadırovun şəxsiyyətinə olan hörmətə baxmayaraq, etiraf etmək lazımdır ki, o, Sankt-Peterburqun həyatında iştirak etməyib, bizim şəhərdə yaşamayıb və işləməyib. Şəhərin toponimiya komissiyasının prinsipi ondan ibarətdir ki, küçələr o zaman dahi şəxsiyyətlərin şərəfinə adlandırılır ki, həmin şəxslərin həyatı və yaradıcılığı şəhərimizin tarixi ilə əlaqəli olsun", - deyə Sankt-Peterburq qubernatoru bildirib.

 

Buna baxmayaraq, G.Poltavçenko Smolnının mədəniyyət üzrə komitəsinə Sankt-Peterburqda yerləşən obyektlərdən birinə Əhməd Kadırovun adının verilməsi məsələsinə baxılmasını tapşırıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370147

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR