Milli Azərbaycan Tarixi Muzeyinə qızıl əşyalar təhvil verilib

Milli Azərbaycan Tarixi Muzeyinə qızıl əşyalar təhvil verilib
14:53 23 Yanvar 2015
279 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc 
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin xüsusi fonduna qızıldan olan otuz ədəd ( 16 saxlanma vahidi) material təhvil verilib.
AMEA-dan AzərTAc-a bildiriblər ki, bu materiallar AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Azərbaycan ərazisində arxeoloji qazıntılar zamanı Masallı, Ağstafa, Tovuz, Goranboy, İsmayıllı və Oğuz rayonlarında aşkar edilib.
Arxeoloji əşyalardan ən qədimləri Oğuz rayonunun kurqan qəbirlərindən tapılıb. Tapıntıların yaşı dörd min ildən artıqdır.
 


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR