Yerevanda Permyakovun erməni tərəfə verilməsi tələbi ilə yürüş keçiriləcək

Yerevanda Permyakovun erməni tərəfə verilməsi tələbi ilə yürüş keçiriləcək
14:58 23 Yanvar 2015
188 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Yanvarın 26-da Yerevanda Gümrüdəki yeddi nəfərin qətlində ittiham olunan Rusiya hərbi bazasının əsgəri Valeri Permyakovun erməni tərəfə verilməsi tələbi ilə yürüş keçiriləcək. Bu barədə Trend Ermənistan mətbuatına istinadən xəbər verir.

Yürüşün təşkilatçılarının bəyanatında deyilir: “Biz Ermənistan hökumətindən və Rusiya tərəfindən Gümrüdəki Avetisyanlar ailəsinin 7 üzvünün qətlə yetirilməsində günahlandırılanın erməni hüquq müdafiəçilərinə təhvil verilməsini tələb edirik. Tələblər Rusiyanın Ermənistandakı bazasına dair müqavilədən irəli gəlir. Bu, Ermənistan Respublikası naminə istintaqın və ədalət məhkəməsinin qərəzsizliyinin zəmanəti ola bilər. Bizim tələblərimiz ədalətlidir”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR