Oqtay Şirəliyev: "Şükürlər olsun ki..."

Oqtay Şirəliyev: "Şükürlər olsun ki..."
15:03 23 Yanvar 2015
195 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda tibbi sahədə 2011-ci ildən tətbiq olunan rezidentura sistemi əsasında təhsil alan ilk həkim-mütəxəssislərə diplom təqdim edilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyev bu il ilk məzun olmuş 94 rezidentdən bir necəsini qəbul edib. Nazir deyib ki, Azərbaycanda 2011-ci ildən ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədi ilə rezidenturaya qəbul həyata keçirilir:

“Rezidenturanın tətbiqi çətin olsa da, çox sevindiriçidir ki, bütün bunlar artıq arxada qalıb. Bu, təhsil tibb sahəsində yüksək ixtisaslı mütəxəssis hazırlamaq üçün bütün dünyanın, Amerikanın, Avropanın və bizim də məmnuniyyətlə qəbul etdiyimiz bir yoldur. Həkimlik peşəsi çox məsuliyyətli və çətin peşədir. Şükürlər olsun ki, ölkədə köklü dəyişikliklər olunur, əsaslı təmir olunan tibb müəssisələri əhalinin istifadəsinə verilir. Tibb sahəsində görülən işlər, yaradılan şərait, infrastruktur, yüksək təchizat tibb işçilərinə əhaliyə daha da keyfiyyətli tibbi xidmət göstərmək üçün şərait yaradır”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2356440.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR