"Çirkli əllərlə təmiz işlər görülmür"

"Çirkli əllərlə təmiz işlər görülmür"
15:05 23 Yanvar 2015
237 Sosial
Ölkə mətbuatı
A- A+

"Avropanın ən gənc ensiklopediyaçısı" adına layiq görülmüş Jalə Orucovanın Milli.Az-a müsahibəsi
Jalə xanım, bir neçə ay bundan əvvəl Azərbaycan elminə böyük uğur gətirdiz, öz sözünüzü dediz. Sizi bir qədər əvvəllərə aparacam. Uşaqlıqda özünüzü bu yaşda harada görürdüz?

- Maraqlı sualdır. İcazə verin, düşünüm! Özümü icimaiyyətdə görürdüm, amma neft sahəsində deyil. Məktəb vaxtlarında jurnalistliyi çox sevirdim, hətta bəzən özümü xəbər aparıcılarına oxşadırdım (gülür). Jurnalistliyə sevgim hələ indiyədək qalıb. Amma heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa neft sektorunda çalışacam. Neft olduqca maraqlı sahədir, gələcəkdəki planlarımın da başında elə məhz neft durur.

- Azərbaycan Respublikasının ilk ensiklopedik saytını necə yaratdız?

- Bu layihəni yaratmaq üçün bir sıra maneələrlə qarşılaşdım, layihəni bir sıra gənclər təşkilatlarına verdim. Hansı ki, həmin təşkilatlar bir neçə il əvvələ kimi Azərbaycanda böyük nüfuza malik idi. Amma büdcələrinin məhdudluğuna görə layihəni həyata keçirə bilmədilər. Daha sonra layihəni YAP Gənclər Təşkilatına təqdim etdim. Bununla da 2012-ci ildə Azərbaycan Respublikasının ilk ensiklopedik saytını yaratdıq.

- Jalə xanım, incə yumora malik olduğunuzu bilirdik, amma musiqiyə düşkün olduğunuzu yox. Bunu nə ilə əlaqələndirirsiz?

- Musiqiyə düşkünlüyüm ailəmdən gəlir, atam pianoda çox gözəl ifa edir. Əmim isə musiqinin kitabını yazanlardandır (gülür). Bir məclisə toplaşarkən ya hansısa klassik musiqidən, ya hansısa filmdən və ya hansısa əsərdən danışarıq. Musiqi mənim yorğunluğumu alır, mənə ilham verir, əhvalımı qaldırır. Ən böyük layihələrimi və fikirlərimi də musiqi dinləyərək edirəm, elə musiqi zövqüm də ətrafında olduğum mühitlərdə formalaşıb.

- Bu il “Avropanın ən gənc ensiklopediyaçısı” seçildiz, intellektiniz və natiqlik qabiliyyətiniz göz önündədir. Özünüzü siyasətdə görürsüz?

- Bu suala cavab vermək çox tezdir. Çirkli əllərlə təmiz işlər görülmür, siyasətdə əllərdən çox şey asılıdır.

- İşdəki Jalə ilə bizim tanıdığımız Jalə arasında fərq nədədir?

- Məncə, işdəki Jalə daha soyuqqanlıdır, daha ciddidir və daha az danışandır.

- Tbilisiyə çox bağlısız, bu bağlılıq nəyə əsaslanır?

- Tbilisidə mənim uşaqlığım keçib, Tbilisi xatirələrimlə doludur. Bir çox müsahibəmdə demişəm, Tbilisi mənim ikinci doğma şəhərimdir. Ali təhsilimi “Tbilisi Caucasus University”də almışam.

Aysel Məmmədova
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320557.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR