Ermənistanın qara günü

Ermənistanın qara günü
15:06 23 Yanvar 2015
228 Dünya
Ölkə mətbuatı
A- A+

Gümrüdə baş vermiş hadisə partlayaraq gözlənilməz nəticələr verə bilər. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistanın keçmiş prezidenti Robert Koçaryan bildirib.

Gümrüdə rus əsgər Valeri Permyakov tərəfindən bir ailənin 7 üzvünün qətl edilməsi barədə xəbəri şərh edən Koçaryan məsələ ilə bağlı indi hakimiyyətdə olan komandanı tənqid edib. “Bizim vəzifəli şəxslərin anlaşılmaz, təzadlı və çaşqın bəyanatları hadisəyə milli təhqir dadı qataraq alova yağ tökdülər. Bu artıq partlayış təhlükəsidir”,- deyə Koçaryan vurğulayıb.

Ermənilər Avetisyanlar ailəsinin qatili olduğu iddia edilən Valeri Permyakovun erməni məhkəməsinə verilməsini tələb edirlər. Moskva isə Rusiyanın hazırkı Konstitusiyasına istinadən bildirir ki, Rusiya vətəndaşı mühakimə olunmaq üçün heç bir halda başqa bir ölkəyə təslim edilə bilməz.

Ermənistan İstintaq Komitəsi də Valeri Permyakova qarşı cinayət işi qaldırıb. Komitə onu Ermənistan Cinayət Məcəlləsinin 104-cü maddəsi ilə istintaqa cəlb etmək istəyir.

Rusiyanın 5-ci qarnizon məhkəməsi əsgərə qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin iki maddəsi əsasında qətlə və fərariliyə görə cinayət işi qaldırılıb.

Valeri Permyakovun yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirdiyi iddia edilir. Hadisıə zamanı yalnız 6 yaşlı Seryoja sağ qalmışdı. Bu günlərdə dünyasını dəyişmiş Seryoja Gümrüdə dəfn edilib. Valeri Permyakovun Ermənistan - Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutulduğu bildirilib.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR