Parlamentdə Quran təhqir edildi

Parlamentdə Quran təhqir edildi
15:08 23 Yanvar 2015
200 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Məftun Salmanov/

Belçikada Flaman Mənfəəti Partiyasının keçmiş lideri Filip Devinter ölkə parlamentində Quranı təhqir edib. Trend-in cümə günü "Sabah" qəzetinə istinadən verdiyi məlumata əsasən, F.Devinter parlament kürsüsündə çıxış edərkən əlindəki Quranı havaya qaldıraraq təhqiramiz sözlərdən istifadə edib.

O, "bir çox bəla və müsibətin mənbəyi"nin Quran olduğunu deyib. F.Devinter Belçikanın məscidləri maliyyələşdirməməli və xaricdən gələn imamları bura təyin etməməli olduğunu deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR