DSMF-den “Aciq qapi gunu” (FOTO)

DSMF-den “Aciq qapi gunu” (FOTO)
13:56 26 Dekabr 2014
116 Ölkə
Ölkə mətbuatı
A- A+

“Aciq hokumetin tesviqine dair 2012-2015-ci iller ucun Milli Fealiyyet Plani”na uygun olaraq DSMF Salyanda regional “Aciq qapi gunu”-vetendas forumu kecirib.

DSMF-nin Ictimaiyyetle elaqeler sektorundan ANS PRESS-e verilen melumata gore, DSMF “Aciq hokumetin tesviqine dair 2012-2015-ci iller ucun Milli Fealiyyet Plani”na uygun olaraq novbeti “Aciq qapi gunu”-vetendas forumunu dekabrin 26-da Salyan rayonunda kecirib.

“Azerbaycanin muasir sosial sigorta-pensiya sistemi- pensiyanizi ozunuz hesablayin” adli regional tedbirde Salyan, Neftcala, Bilesuvar, Haciqabul rayonlarindan ve Sirvan seherinden olan sigorta odeyicileri ve pensiyacilar istirak edib. Forumda bildirilib ki, bu gun Azerbaycanda vahid prinsipler esasinda fealiyyet gosteren ve olkenin butun isleyen ehalisini ehate eden, teyin olunan pensiyalarin mebleginin sisteme odenilmis ve ferdi ucotu aparilmis sosial sigorta haqlarina bagli olan muasir sigorta-pensiya sistemi formalasdirilib. Beynelxalq standartlar esasinda keyfiyyetce yeniden qurulan sosial mudafie sistemi vetendaslarin yasayis seviyyesinin muasir mexanizmler esasinda yukseldilmesini temin etmekdedir.

Bununla yanasi, uzunmuddetli dovr ucun pensiyacilarin etibarli sosial mudafiesine nail olmaq meqsedile milli pensiya sisteminin inkisafinda beynelxalq tendensiyalarin nezere alinmasi ve pensiya teminatinin daim yenilenen muasir teleblere uygunlasdirilmasi zeruridir. Bu baximdan olke Prezidenti Ilham Eliyevin imzaladigi 4 noyabr 2014-cu il tarixli serencamla tesdiq olunan “2014-2020-ci illerde Azerbaycan Respublikasinda pensiya teminati sisteminin islahati Konsepsiyasi” muhum ehemiyyet kesb edir.

Tedbirde cixis eden DSMF-nin sobe mudiri Famil Qedimov bildirib ki, “Elektron hokumet” portalinin statistikasina esasen DSMF-nin elektron xidmetleri en cox istifade olunan xidmetler sirasinda ilk yerleri tutur. Fond terefinden ehaliye teqdim olunan elektron xidmetlerin sayi daim genislendirilir. Oten dovr erzinde butun zeruri isler gorulerek, mecburi dovlet sosial sigorta haqlarinin odenisi ve hesabat sisteminin avtomatlasdirilmasi tam basa catdirilib ki, bu da beynelxalq teskilatin reytinq gostericisinde oz eksini tapib. Bele ki, Dunya Bankinin “Doing Business 2015” hesabatina esasen, Azerbaycan mecburi dovlet sosial sigorta haqlarinin odenisi ve hesabat sisteminin avtomatlasdirilmasi neticesinde 32 pille irelileyib. Bu, ayri-ayri fealiyyet istiqametleri uzre en yuksek gostericidir.

Regional forumda qeyd olunub ki, 2014-cu il dekabr ayinin 1-ne olan statistikaya esasen, Dovlet Sosial Mudafie Fondu terefinden elave olaraq 249 951 sigortaolunana ferdi sexsi hesab acilib. Ilin evveli ile muqayisede DSMF-nin ferdi ucot sisteminde qeydiyyatda olan sigortaolunanlarin sayi 9,29 faiz artib. Bununla da Azerbaycanda ferdi sexsi hesabi olan sigortaolunanlarin sayi 2 941 308 nefere yukselib.

Tedbirde melumat verilib ki, hazirda respublikamizda emek pensiyalari odenilmis mecburi dovlet sosial sigorta haqlarina esasen teyin olunur. Bu ise pensiya meblegini sosial sigorta haqlarinin vaxtinda odenilmesinden birbasa asili edir. Bununla bagli isleyenler (sigortaolunan) isegoturenlerle (sigortaeden) emek muqavilelerinin baglanilmasinda, emek haqlarinin tam resmilesdirilmesinde ve sosial sigorta haqlarinin vaxtinda odenilmesinde son derece diqqetli olmalidirlar. Sosial sigorta haqlarinin alinan emek haqlarina uygun olaraq qanunvericilikle mueyyen edilmis qaydada tam meblegde duzgun hesablanib odenilmesi isleyenlerin gelecek pensiya teminati ucun muhum ehemiyyet kesb edir.

Dovlet Sosial Mudafie Fondunun ferdi ucot sisteminde qeydiyyatda olan her bir sigortaolunan ozu ucun mecburi dovlet sosial sigorta haqlarinin vaxtinda ve tam meblegde kocurulmesine nezaret etmek imkanina malikdir. Bele ki, istenilen sigortaolunan hem Dovlet Sosial Mudafe Fondunun sayti (www.sspf.gov.az), hem de “Elektron hokumet” portali (www.e-gov.az) vasitesile “Sigortaolunanlara melumatlarin verilmesi” adli elektron xidmetden istifade etmekle onun ucun isegoturen terefinden her ay uzre odenilen mecburi dovlet sosial sigortasi barede melumatlari maneesiz elde ede ve iller uzre oz pensiya kapitalini izleye biler ki, bu da isleyenlerin oz isegoturenleri uzerinde ictimai nezaretinin daha da guclenmesine imkan verir.

Teqdimatla cixis eden DSMF-nin sobe mudirinin muavini Rufet Orucli diqqete catdirib ki, “Mecburi dovlet sosial sigorta vesaitlerinin onlayn odenilmesi” elektron xidmeti sigortaedenler, o cumleden isegoturenler, sahibkarliq fealiyyeti ile mesgul olan fiziki sexsler, torpaq pay mulkiyyetcileri ve diger sigortaedenler terefinden mecburi dovlet sosial sigorta haqlarinin odenilmesi prosesini xeyli asanlasdirmaqla yanasi, bu sahede seffafligin daha da artirilmasina xidmet edir. Hesabatlarin elektron qaydada teqdim edilmesini nezerde tutan “Elektron hesabat” xidmeti ise DSMF-nin sigortaedenler terefinden en feal istifade olunan elektron xidmet novlerinden biridir.

DSMF-nin internet sehifesinde yaradilmis musteri xidmetleri sistemine istenilen vetendas daxil olaraq pensiya kalkulyatoru vasitesile oz pensiyasini hesablaya biler. Bundan elave, pensiya yasina catmis her bir vetendasa her hansi sened toplamadan ve vaxt itirmeden Fondun 190 cagri merkezine zeng vurub, yalniz sexsiyyet vesiqesinin nomresi barede melumat vermekle, real vaxt rejiminde derhal pensiya teyinati huququnu reallasdirmaq imkani yaradilib.

Tedbirde olkede pensiya odenislerinin 99,9 %-nin plastik kartlarla aparilmasi, bu meqsedle olke erazisinde bilavasite pensiyacilara xidmet etmek meqsedile 800-e yaxin yeni bankomatin qurulmasi, pensiyacilar ucun bir ayliq pensiya mebleginde her ay yenilenen faizsiz kredit limitinden istifade imkani yaradan “Pensiya+”xidmeti, habele Fondun ehaliye ve sigortaedenlere teqdim etdiyi coxsayli elektron xidmetler barede de istirakcilara etrafli melumat verilib.
Diskussiya seraitinde davam etdirilen regional vetendas forumunda istirakcilarin movzu ile bagli suallari cavablandirilib, teklifleri muzakire edilib.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR