Belə getsə, Bakıda yaşayanlar üçün yer tapılmayacaq

Belə getsə, Bakıda yaşayanlar üçün yer tapılmayacaq
15:17 23 Yanvar 2015
129 Sosial
Ölkə mətbuatı
A- A+

Paytaxt Bakı şəhərində əhalinin sayı son 10 ildə (2014-cü il üzrə artım nəzərə alınmamaqla) hər il orta hesabla 31 min 360 nəfər nəfər artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2003-cü ildə paytaxt əhalisinin sayı 1868.2 nəfər (həmin il əhalinin sayında ümumi artım 20.8 min nəfər olub) olduğu halda, 2010-cu ildə əhalinin sayı 2064.6 min (əhalinin sayında ümumi artım 27.8 min nəfər) nəfər , 2011-cu ildə 2092.4 min (artım 29.9 min nəfər) nəfər , 2012-ci ildə 2122.3 min (artım 28.5 min nəfər) nəfər , 2013-cü ildə 2150.8 min (artım 31 min nəfər) nəfər olub.

2014-cü ilin əvvəlinə olan məlumata görə, Bakıda əhalinin sayı daha da çoxalaraq 2181.8 nəfərə çatıb. Paytaxt əhalisinin sayında ən çox artım 2007-2008-ci illərdə qeydə alınıb. 2007-ci ildə Bakının əhalisinin artımı 33.6 min, 2008-ci ildə 33.8 min nəfər olub.

Bakıda 1 kvadrat km-də əhalinin sıxlığı 1020 nəfərdir. Bakıda əhalinin ən çox sıxlığı Nəsimi, daha sonra isə Yasamal rayonunun ərazisində qeyd edilir. Nəsimi rayonunda əhalinin hər kvadrat km-ə düşən sıxlığı 21710 nəfər, Yasamal rayonunda 12125 nəfərdir. Bakıda əhalinin ən az sıxlığı Qaradağ rayonu ərazisindədir. Burada hər kvadrat km-ə 108 nəfər düşür.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR