Məşhur repçi həbs edildi (VİDEO)

Məşhur repçi həbs edildi (VİDEO)
15:21 23 Yanvar 2015
173 Şou
Ölkə mətbuatı
A- A+

Rusiyalı repçi Timati ABŞ-da həbs edilib.

ANS PRESS-in məlumatına görə, bu barədə müğənni sosial şəbəkədə xəbər paylaşıb. O, Los-Ancelesdə yerləşən məşhur "Hollivud" işarəsinə Rusiya bayrağı sancdığı və bu addımından dərhal sonra həbs edildiyini yazıb.

Timati öz İnstagram səhifəsində "Kalinka moya" mahnısının sədaları altında qısa video yerləşdirib. Sözügedən videoda repçi Rusiya bayrağını nümayiş etdirir, sonra isə kameranın hərəkəti ilə yüksək səmalar, dağlıq ərazi və "Hollivud" yazılmış qayalıq göstərilir.

"Biz "Hollivud" yazısına 20 dəqiqəyə qalxdıq, bayrağı sancdıq və bizi həbs etdilər" - deyə şərh yazıb.

Lakin müğənni daha sonra nə etdiklərini, hadisələrin gedişatı barədə heç nə yazmayıb.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=321425

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR