Azərbaycanda ən çox aparılan notariat əməliyyatları hansılardır?

Azərbaycanda ən çox aparılan notariat əməliyyatları hansılardır?
15:22 23 Yanvar 2015
108 Sosial
Ölkə mətbuatı
A- A+

"Ötən il 2013-cü illə müqayisədə Azərbaycanda aparılan notariat əməliyyatlarının sayı 7,3 faiz artıb".

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Notariat İdarəsinin rəisi Mehman Soltanov bildirib.

Onun sözlərinə görə, 2013-cü ildə ölkədə 3 milyon 562 min notariat əməliyyatları aparılmışdısa, 2014-cü ildə bu rəqəm 3 milyon 822 min təşkil edib. Bu isə 7,3 faiz artım deməkdir: “Əməliyyatların əksəriyyəti daşınmaz əmlakın alqı-satqısı, ipoteka müqavilələri və etibarnamələrin verilməsi ilə bağlı olub. Sadalanan bütün bu əməliyyatların sayı da 2013-cü illə müqayisədə xeyli artıb”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR