“PAŞA Həyat Sığorta” bədbəxt hadisə üzrə 36 min manata yaxın sığorta ödəyib

15:27 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 15:25 ]


Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat Sığorta” şirkəti istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.


Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, elektrik enerjisi sahəsində fəaliyyət göstərən şirkətlərin birində çalışan işçi, iş zamanı bədbəxt hadisə nəticəsində həyatını itirib.

Zərərçəkmiş şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası” tətbiq edilməklə vəfat etmiş şəxsin ailəsinə 35,6 min manat həcmində sığorta ödənişi verilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370159

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR