Gəncədə “Açıq qapı” günü və Göygöldə “kütləvi çıxarış” kampaniyası

Gəncədə “Açıq qapı” günü və Göygöldə “kütləvi çıxarış” kampaniyası
15:43 23 Yanvar 2015
205 Ölkə
Ölkə mətbuatı
A- A+


Gəncə, 23 yanvar, Sabir Əliyev, AzərTAc 
Yanvarın 23-də Əmlak Məsələləri Dövlət Komitəsi Gəncədə “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq vətəndaşlar və mətbuat nümayəndələri üçün “Açıq qapı” günü və Göygöl rayonunda “kütləvi çxarış” kampaniyası keçirib.
AzərTAc xəbər verir ki, vətəndaşları daşınmaz əmlakın qeydiyyatı prosesi, yaradılmış müasir və şəffaf xidmət şəraiti ilə tanış etmək, onlara qeydiyyat prosedurlarını əyani nümayiş etdirmək, eləcə də Prezident İlham Əliyevin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2015-ci il 13 yanvar tarixli Fərmanının regionlarda tətbiqi sahəsində maarifləndirmə işlərini gücləndirmək məqsədilə keçirilən tədbirdə jurnalistlərə və vətəndaşlara ətraflı məlumat verilib.
“Açıq qapı” günündə vətəndaşlar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsində qeydiyyat prosesini yaxından izləməklə prosedurlarla əyani tanış olublar. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı iş prinsipləri, hüquqi tələblər və zəruri sənədlər, habelə sənədlərin qəbulu və hazırlanması qaydaları iştirakçılara əyani şəkildə izah edilib, vətəndaşlara maraqlı olan bir sıra məsələlərə aydınlıq gətirilib.
Qeyd olunub ki, bu günədək daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı 2004-cü ildə qüvvəyə minmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən aparılırdı. Bu Qanunun 8-ci maddəsində isə qeydiyyat üçün müvafiq əsaslar müəyyən edilmişdi. Lakin həmin əsaslar sırasına Qanun qüvvəyə minənədək ayrı-ayrı vaxtlarda müxtəlif qurumlar tərəfindən daşınmaz əmlaka dair verilmiş bir sıra hüquqi sənədlərdə tam əksini tapmamışdı. Bu isə nəticədə daşınmaz əmlakın qeydiyyatı prosesində həm qeydiyyat idarələrinə, həm də vətəndaşlara müxtəlif çətinliklər yaradırdı. Fərmanın qüvvəyə minməsi ilə sosial-hüquqi amillər baxımından yaranan çətinliklərə demək olar son qoyuldu. Bununla da daşınmaz əmlakın qeydiyyatını aparan idarələrdə qeydiyyat prosesi kifayət qədər yüngülləşdi. Qeydiyyat idarələrinin fəaliyyətinin səmərəliliyinə, çevikliyin və rahatlığın təmin olunmasına səbəb oldu. Bir sözlə, vətəndaşların bununla bağlı əvvəllər qarşılaşdıqları çətinliklər aradan qalxdı.
“Açıq qapı” günündə o da vurğulanıb ki, Fərmana əsasən, vətəndaş öz əmlakına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minənədək əldə etmiş olduğu sənədlərini təqdim etməklə dövlət reyestrindən çıxarışını ala biləcək.
Tədbirdə kütləvi informasiya vasitələri nümayəndələrinə və vətəndaşlara komitənin elektron və onlayn xidmətləri barədə də ətraflı məlumat verilib.
Həmin gün Göygöl rayonunda keçirilən “kütləvi çıxarış” kampaniyası çərçivəsində rayonun 350-yə yaxın sakininə əvvəlki illərdə verilmiş mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz olunub. Məlumat verilib ki, keçən ilin noyabrından start götürmüş kampaniya çərçivəsində indiyədək Saatlı, Şəmkir, Abşeron, Cəlilabad, Qəbələ, Şəki və Masallı rayonlarında bu proses uğurla həyata keçirilib. İndiyədək 1600-ə yaxın vətəndaşın mülkiyyət sənədləri çıxarışla əvəz edilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gencede_Achiq_qapi_gunu_ve_Goygolde_kutlevi_chixaris_kampaniyasi-827026

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR