Azərbaycanın fövqəladə hallar naziri Şamaxıda vətəndaşların qəbulunu keçirib - FOTO

Azərbaycanın fövqəladə hallar naziri Şamaxıda vətəndaşların qəbulunu keçirib - FOTO
14:02 26 Dekabr 2014
57 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 14:00 ]

Şamaxı. Elvin Yaqubov - APA. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dekabrın 26-da Şamaxı Olimpiya İdman Kompleksində vətəndaşların qəbulunu keçirib.

APA-nın yerli bürosunun xəbərinə görə, qəbulda Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu və Qobustan rayonlarından olan sakinlər, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edib.

 

Nazirliyin müvafiq struktur rəhbərlərinin, rayonların fövqəladə hallar komissiyaları sədrlərinin iştirakı ilə keçirilən qəbul zamanı müraciətlərin əksəriyyəti işə qəbul, qəzalı vəziyyətdəki evlərin təmiri və digər məsələlərlə bağlı olub.

 

K. Heydərov tərəfindən qəbul edilən 23 vətəndaşın müraciətinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

 

Bundan başqa, kadr məsələləri ilə bağlı 68, digər məsələlərlə bağlı müraciət etmiş 152 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

 

Qəbulda Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılmaqla yanaşı, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367345

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR