Erməni politoloq: "Azərbaycanın qarşısını almaq çox çətindir"

Erməni politoloq: "Azərbaycanın qarşısını almaq çox çətindir"
15:46 23 Yanvar 2015
223 Ölkə
Ölkə mətbuatı
A- A+

"Qafqaz" institunun direktoru Aleksandr İsgəndəryan son günlər təmas xəttində baş verən gərginlikdən yazıb.

ANS PRESS-in məlumatına görə o, təmas xəttində gərginliyin artdığını və bunun belə də davam edəcəyini bildirib.

"Gərginlik 2014-cü ilin sonundakı kimi olacaq. Texniki cəhətdən Azərbaycan tərəfinin qarşısını almaq çox çətindir. Qorxuram ki, Azərbaycan bu minvalla davam etsin", - deyə politoloq bildirib. O, həmçinin Qarabağda müharibənin başlama ehtimalından da danışaraq buna inanmadığını bildirib.

Qeyd edək ki, bu gün cəbhədə Ermənistanın Silahlı Qüvvələrinin təxribatının qarşısı alınıb.

Müdafiə nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, Ermənistanın kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.

Qarşı tərəfin ilkin rəsmi məlumatına görə, işğalçılardan leytenant Karen Qalstyan və sıravi Artak Sarkisyan məhv edilib.

Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib. Azərbaycan əsgəri cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=321442

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR