Rüşvətxor nazirə cəza

15:46 23 Yanvar 2015
184 Dünya
Ölkə mətbuatı
A- A+

Rüşvətxorluqda adı hallanan Taylandın keçmiş baş naziri Yinqlak Şinatavra siyasətlə məşğul ola bilməcək. Ölkənin parlamentində keçirilən səsvermədə ötən ilin may ayaında devrilən Yinqlakın səlahiyyətlərindən sui istifadə etdiyi qeyd edilib. Keçmiş nazirə 5 il siyasətlə məşğul olmaq qadağan edilib.

Üzvlərinin yarısı təqaüdçü və ya hələ işləyən hərbçilərdən ibarət olan 220 nəfərlik parlamentdə 190 nəfər bu qərarın lehinə səs verib.

Səsvermədən bir necə saat öncə isə Tayland Baş prokurorluğu keçmiş nazirə qarşı rüşvət ittihamı ilə iddia qaldıracağını elan etmişdi. Əgər Yinqlak Şinavatranın günahı sübuta yetirilsə o 10 ilə kimi azadlıqdan məhru m edilə bilər.

Taylandın ordu komandiri general Udomdej Sitabutr səsvermədən sonra Şinavatranın tərəfdarları olan və "Qırmızı köynəklilər" adlandırlan qrupa müraciət edib. O, qrupu nümayişlər etməməyə çağırıb. Əgər belə hal olarasa ciddi addımlar atılacaq.

Yinqlakın partiyası 2011-ci ildə hakimiyyətə gəldikdən sonra düyü istehsalçıları üçün xüsusi proqraam hazırlayıb. Proqram əvvəl dəstəklənsədə, sonradan fermerlərin milyarlarla avro ziyana uğramasına səbəb olub. Baş nazir isə proqramdakı qanunsuzluqların fərqində olsada, heç bir tədbir görməyib.

Yinqlak onun barəsində səsləndirilən ittihamları rədd edir.

Xalq isə Yinqlakı 2006-cı ildə devrilən və sürgündə olan qardaşı, keçmiş baş nazir Taksin Şinavatranın kuklası olmaqda ittiham edib. Xalq Taksinin ölkəyə qayıda bilməsinə şərait yaradan qanun layihəsinin parlamentin alt komissiyasında qəbulundan sonra ayağa qalxıb. Ölkədə başlayan nümayişlər nəticəsində 28 nəfər ölmüşdü.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321433

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR