“Apple” rəhbəri 2014-cü ildə 9,2 milyon dollar qazanıb

“Apple” rəhbəri 2014-cü ildə 9,2 milyon dollar qazanıb
15:51 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

ABŞ-ın “Apple” şirkətinin rəhbəri Tim Kuk 2014-cü maliyyə ilində 9,2 milyon dollar qazanıb. Bu barədə şirkətin sənədlərində deyilir.

Onun əməkhaqqısı 1,7 milyon dollar təşkil edib, qalan vəsaitlər top-menecerlər üçün qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə görə bonus və digər kompensasiyalar kimi qazanılıb.
 
T.Kukun “Apple” rəhbəri vəzifəsində ümumi gəliri il ərzində iki dəfədən çox artıb. Belə ki, 2013-cü ildə o, 4,3 milyon dollar, 2012-ci ildə 4,2 milyon dollar qazanc əldə edib. 
 
2014-cü maliyyə ilinin yekunları üzrə ABŞ istehsalçısının mədaxili 182,8 milyard dollar, xalis gəliri 39,5 milyard dollar təşkil edib. Ötən ilin dördüncü rübündə “iPhone” smartfonlarının satış həcmi 16 faiz artaraq 39,2 milyon ədədə çatıb. Bununla yanaşı, "Mac” kompüterlərinin satışı 21 faiz - 5,5 milyon qurğuyadək artıb. Eyni zamanda, dördüncü rübdə “iPad” planşet kompüterlərinin satışı 13 faiz azalaraq 12,3 milyon qurğuya bərabər olub. Şirkətin proqnozlarına görə, 2015-ci ilin birinci rübündə şirkətin mədaxili 63,5-66,5 milyard dollar səviyyəsində gözlənilir.  
 
Məlumat üçün qeyd edək ki, kapitallaşma dəyəri 659,2 milyard dollar qiymətləndirilən “Apple Inc” şirkəti kompüter, kompüter qurğuları, eləcə də onlar üçün proqram təminatının hazırlanması və satışı ilə məşğul olur, - “TASS” yazır. 
 
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34923-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR