Kuçuk "Qəbələ" ilə oyunu şərh etdi

Kuçuk "Qəbələ" ilə oyunu şərh etdi
15:57 23 Yanvar 2015
230 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ" üzərində 2:0 hesablı qələbədən dərhal sonra Rusiya "Kuban"ının baş məşqçisi Leonid Kuçuk oyunla bağlı fikirlərini bölüşüb. Fanat.az xəbər verir ki, klub saytına danışan mütəxəssis yetirmələrinin oyunundan xüsusilə ilk yarıda razıı qaldığını dilə gətirib.


- Bu gün yaxşı komandaya qarşı oynayırdıq. Sevindiricidir ki, qalib gəlməyi bacardıq. İlk 45 dəqiqə daha çox ürəyimə yatdı. Axı sürətli hücumlarımızın qarşısında rəqib tab gətirə bilmirdi. Təşkilatlanmış və ciddi oynayırdıq. Daha bir neçə dəfə fərqlənmək imkanımız oldu. Fasilədən sonra meydanın mərkəzini əldən verdik və bu səbəbdən oyunumuz istədiyimiz məcrada davam etmədi. Buna baxmayaraq, heyətimizdəki hər bir oyunçu bütün epizodlarda sonadək mübarizə apardı. Bunun nəticəsidir ki, Azərbaycan komandası qapımızın torunu silkələyə bilmədi. Gənc futbolçularımız xarakter nümayiş etdirdilər və matçın sonlarında daha 3 qol imkanı yaxaladıq.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-kucuk-quotqblquot-il-oyunu-rh-etdi-t17730.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR