Su borularını gecələr şaxtadan qorumaq üçün maraqlı üsul - FOTO

Su borularını gecələr şaxtadan qorumaq üçün maraqlı üsul - FOTO
15:57 23 Yanvar 2015
229 Sosial
Ölkə mətbuatı
A- A+

Bayram günlərində şam ağaclarının bəzədilməsində, bundan başqa tavanlara gizli işıqlar kimi istifadə olunan bu vasitə qış fəslində donvurmadan xilaskar rolunu oynayır.

Kəpəz TV (Region TV) xəbər verir ki, bir neçə il öncəyə qədər sakinlər qışda müxtəlif materiallarla boruları sarısalar da yenə də su çənindən evlərə gedən su xəttləri donur, ya da güclü şaxta nəticəsində sıradan çıxırdı.

Bu problemi həll etmək üçün sakinlər müxtəlif rəngli dekorativ işıqlandırma lampalarından istifadə edir. Su borularının üzərinə bağlanan lampalar elektrik cərəyanına qoşulduqda istilik verir ki, bunun nəticəsində də donvurmanın qarşısı alınır.
Rəngbərəng işıqlar rezin boru içərisində olduğundan təhlükəsiz hesab olunur.

Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320598.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR