Macar dilində “Qafqazın parlayan ulduzu-Azərbaycan” adlı kitab nəşr olunub

Macar dilində “Qafqazın parlayan ulduzu-Azərbaycan” adlı kitab nəşr olunub
15:58 23 Yanvar 2015
284 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Macar dilində “Qafqazın parlayan ulduzu-Azərbaycan” adlı kitab nəşr olunub.

Macarıstanın tanınmış alimi Borbala Obrusanszkynın və Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərovun birgə müəllifi olduğu “Qafqazın parlayan ulduzu-Azərbaycan” adlı kitab işıq üzü görüb.

Trend-in məlumatına görə, kitabda macar dilində ölkəmizin mədəniyyəti,turizmi,tarixi, və iqtisadiyyatı, Azərbaycanın dünyada oynadığı rol və.s. mövzular haqqında ətraflı məlumat verilib.

Kitabın elmi məsləhətçisi “Macarıstan-Azərbaycan Qardaşlıq Cəmiyyəti”nin sədri Ramiz Əmirlidir. Kitabın redaktorları Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyev, Azərbaycan Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, jurnalist Elnur Eltürkdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2356477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR