BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Beynəlxalq Avrasiya Mətbuat Fondunda olub

15:58 23 Yanvar 2015
172 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) nümayəndəsi Aleksandr Novikov Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olub.
Fonddan AzərTAc-a bildiriblər ki, qurumun sədri Umud Mirzəyev və proqram departamentinin əməkdaşları ilə görüşən A.Novikova BAMF-ın fəaliyyəti və strukturları haqqında məlumat verilib.
Azərbaycan dövlətinin, o cümlədən BAMF-ın qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işlərdən danışan A.Novikov ölkədə bu istiqamətdə mühüm layihələrin icra olunduğunu vurğulayıb. O, Fondun gələcək layihələri ilə də maraqlanıb.
Xatırladaq ki, BAMF UNHCR tərəfindən yaradılmış, qaçqın və məcburi köçkünlərin işləri ilə məşğul olan işçi qrupa daxildir. BAMF bu qrupda öz dəstəyini məcburi köçkünlərin yaşayış şəraitinə dair həyata keçirdiyi peşə təlimi və mikrokredit proqramları səviyyəsində nümayiş etdirir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/BMT_nin_Qachqinlar_uzre_Ali_Komissarliginin_numayendesi_Beynelxalq_Avrasiya_Metbuat_Fondunda_olub-827032

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR