Elza Seyidcahandan +18 misralar (MƏTN)

Elza Seyidcahandan +18 misralar (MƏTN)
16:01 23 Yanvar 2015
203 Şou
Ölkə mətbuatı
A- A+

Əndrabadi geyimləri, saç düzümləri, layihələri ilə zaman-zaman gündəmə gələn Elza Seyidcahan son zamanlar yeni hobbisi ilə diqqətləri öz üzərinə çəkməyi bacarır.

ANS PRESS-in məlumatına görə, yazdığı şeirlərin müzakirə obyekti olmasına əhəmiyyət verməyən bəstəkar-müğənni yeni şerini İnstaqramda paylaşıb. Elza xanımın bu dəfəki poetik düşüncələri eşqə həsr edilib. Misralarda eşq axtarışında olan qadının ürəyindən süzülən kəlmələri hiss etməmək mümkün deyil.

Ekstravaqant sənətçinin "Eşq" adlanan şerini kiçik redaktə ilə, daha doğrusu hərf düzəlişi ilə təqdim edirik:

Özümə eşq axtarıram.
Mənə sadiq, layiq olsun...
Çünki mən oz sevgilimə
Etibarlı bir Hürrəməm.
Hümkar sevgilim olmasa,
Esg səfərindən dönmərəm!
Bu səfərdən döndərməyə
Gücün çatır döndər məni!
Bəlkə sənsən eşq yoluna
Sığal çəkib gəzən məni?
Döndər məni o üzünə
Çöndər məni bu üzümə.
Mən də baxım bu üzünə...
Mən də baxım səmalarda
Göy üzündə bizim kimi
Dəlicəsinə bir-birinə naz eləyən
Mələklərin süzməsinə...
Üzməsinə, sevməsinə...
Orda bir şey tapmayacam
Onu bildim!
Yalanların keçməsini
Yalanların ötməsini.
Onda bəlkə göy üzünə
Gedək aşğım?!
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=321430

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR