Hesabat yığıncağında sakinlər onları narahat edən məsələlərdən də danışıblar

Hesabat yığıncağında sakinlər onları narahat edən məsələlərdən də danışıblar
16:03 23 Yanvar 2015
218 Ölkə
Ölkə mətbuatı
A- A+


Goranboy, 23 yanvar, AzərTAc 
Goranboy rayonunun Yeniyol kəndinin sakinləri əsasən əkinçilik və heyvandarlıqla məşğuldurlar. Keçən il 335 hektar sahədə əkin aparan kənd sakinləri hər hektardan 24 sentner taxıl yığıb, yonca, günəbaxan və digər yem bitkiləri sahələrindən yüksək məhsuldarlıq əldə ediblər.
AzərTAc xəbər verir ki, bu fikirlər Goranboy Rayon İcra Hakimiyyətinin Yeniyol kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında səsləndirilib.
Hesabat məruzəsi ilə çıxış edən kənd icra nümayəndəsi Adil Şirinov bildirib ki, keçən il əhalini narahat edən problemlərin həlli istiqamətində bir sıra işlər görülüb, sakinlərin qaz, su və enerji təchizatı sahəsindəki mövcud nöqsanlar aradan qaldırılıb.
Yığıncaqda Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev çıxış edərək son illər dövlətimizin başçısının diqqət və qayğısı sayəsində rayon mərkəzində, eləcə də kənd və qəsəbələrdə həyata keçirilən abadlıq və quruculuq işlərindən danışıb. Bildirilib ki, keçən il başlanılmış yenidənqurma işləri 2015-ci ildə də uğurla davam etdiriləcək.
Kənd sakinlərindən Gülbəniz Abbasova, Qiyas Əliyev, şəhid atası Hüseyn Mirzəyev və başqaları kənddə həlli vacib məsələlərdən danışıb, arzu və təkliflərini söyləyiblər.
Qaldırılan məsələlərin yaxın vaxtlarda öz həllini tapacağı diqqətə çatdırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Hesabat_yigincaginda_sakinler_onlari_narahat_eden_meselelerden_de_danisiblar-827035

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR