GUAM-ın yeni baş katibi azərbaycanlı diplomat olacaq

GUAM-ın yeni baş katibi azərbaycanlı diplomat olacaq
16:05 23 Yanvar 2015
90 Digər
Ölkə mətbuatı
A- A+

2015-ci ildə Valeri Çeçelaşvilinin GUAM-ın baş katibi qismində mandatı başa çatır.

Bunu Trend-ə V.Çeçelaşvili deyib. Onun sözlərinə görə, GUAM-ın baş katibi vəzifəsini Azərbaycandan olan diplomat tutacaq. V.Çeçelaşvili söhbətin kimdən getdiyini açıqlamayıb.

O qeyd edib ki, azərbaycanlı diplomat layiqli və ciddi insandır: "Onun təkcə öz ölkəsində deyil, həm də regionda böyük hörmət və nüfuzu var. Mən Gürcüstana, çox güman ki, XİN-ə qayıdacağam, lakin bu, hələ təsdiqini tapmayıb".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/320601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR