"Mercedes"dən tarixi rekord

"Mercedes"dən tarixi rekord
16:08 23 Yanvar 2015
268 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Məftun Salmanov/

Ötən ili rekordlarla başa vuran Almaniyanın avtomobil konserni "Mercedes-Benz" bu ildə də 77 milyon avro həcmində investisiya yatırmağı planlaşdırır.

Trend-in cümə günü "Hürriyət" qəzetinə istinadən verdiyi məlumata görə, ötən il şirkət bütün istehsal növləri və ikinci əl avtomobillər də daxil olmaqla 58 118 ədəd avtomobil sataraq tarixinin ən yüksək göstəricisinə imza atıb.

"Mercedes-Benz" 2014-cü ildə 23 100 ədəd avtomobil, 18 min 353 ədəd yük maşını satıb. İstehsal etdiyi 3 686 avtobus və tarixinin ən yüksək istehsal rəqəmi olan 18 519 ədəd yük maşını ilə şirkət bazardakı liderliyini qoruyub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2356485.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR