"Qanuni oğru"ların məkanına basqın - 5 nəfər tutuldu

"Qanuni oğru"ların məkanına basqın - 5 nəfər tutuldu
16:09 23 Yanvar 2015
213 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya hüquq-mühafizə orqanları əməkdaşları Moskvanın mərkəzində xüsusi əməliyyat keçiriblər. APA TV-nin Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, polisə şəhərdəki obyektlərdən birində cinayətkar aləmin nümayəndələrinin toplaşacağı barədə məlumat daxil olub. Rusiya xüsusi təyinatlılarının da cəlb edildiyi əməliyyat zamanı bir neçəsi saxlanılıb. Bildirilir ki, saxlanılan 15 nəfərdən 5-i "qanuni oğru"dur. Onlar kriminal aləmdə "Sirkaç", "Zabava", "Tyurik", "Voskres" və "Teqo" ləqəbləri ilə tanınırlar. Hazırda polisin əlində olan bu şəxslərin barmaq izləri götürülür və onların hər hansı cinayətdə iştirak edib-etmədikləri araşdırılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191275

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR