Bakıda yol polisi sürücünü döydü

Bakıda yol polisi sürücünü döydü
16:11 23 Yanvar 2015
193 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 21-də Sabunçu rayonu ərazisində yol polisi ilə sürücü arasında dava olub.

ANS PRESS-in Qafqazinfo-ya istinadən verdiyi məlumata görə, münaqişə nəticəsində sürücü döyülüb və yaralı vəziyyətdə Suracanı rayonu 3 saylı xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, həmin şəxs Səbuhi Ələkbərov Cəlil oğlu olub. 27 yaşlı sürücüyə sol əlin üçüncü barmağının kəsilmiş yarası diaqnozu qoyulub. Xəstəxanada ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

İş Dəmir Yol Nəqliyyatında Polis İdarəsinə verilib. Sürücü idarədə Əzizov soyadlı polis əməkdaşı tərəfindən dindirilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov və Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə hadisə barədə məlumatları olmadığını bildirdilər.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR