Ölkəmizdə arı ailələrinin sayı əvvəlki illərlə müqayisədə artırılaraq 238 minə çatdırılıb

Ölkəmizdə arı ailələrinin sayı əvvəlki illərlə müqayisədə artırılaraq 238 minə çatdırılıb
16:13 23 Yanvar 2015
254 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc 
Respublikamızın iqtisadiyyatında, kənd əhalisinin məşğulluğunun artırılmasında və əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsində arıçılıq mühüm yer tutur. Bu sahə ilbəil inkişaf edir. Ölkəmizdə arı ailələrinin sayı əvvəlki illərlə müqayisədə artırılaraq 238 minə çatdırılıb. Cənubi Qafqazda nektara malik bitki örtüyünün 61 faizinin Azərbaycanın payına düşdüyünü nəzərə alsaq respublikamızda bu sahədə böyük potensial imkanların və perspektivlərın olduğunu aydın görmək olar.
Bu sözləri aqrar elmlər üzrə fəlsəfə doktoru Murtuzəli Hacıyev AzərTAc-a eksklüziv müsahibəsində deyib.
Onun sözlərinə görə, ölkəmizdə arıçılığın daha da inkişaf etdirilməsi məqsədilə 2014-cü ilin sentyabrında Bakı şəhərində arıçılıqla məşğul olan 300 nəfərdən çox fiziki və hüquqi şəxslərin iştirakı ilə arıçılığa dair problemlərə həsr edilmiş toplantı keçirilib. Toplantıda cari və perspektiv planlar alim və mütəxəssislərin iştirakı ilə müzakirə edilib, arıçılar maarifləndirilib.
Qeyd edilib ki, respublikanın rayonlarında mövcud olan arıxanalar müvafiq qanunvericiliyə uyğun qaydada qeydiyyata götürülərək onlara baytarlıq-sanitariya pasportu (şəhadətnaməsi) verilməsinə başlanılıb və məhsulların qida təhlükəsizliyi tələblərinə uyğunluğu baxımından keyfiyyət nəzarəti sistemi yaradılıb. İstehsal olunan bal və digər məhsulların keyfiyyəti rayonun əhatə olunduğu zona baytarlıq laboratoriyası tərəfindən yoxlanılaraq müvafiq ekspertiza rəyi alındıqdan sonra istehlak üçün yararlı hesab edilir.
Vurğulanıb ki, 2014-cü ilin oktyabr ayında Bakıda arıçılığa həsr olunmuş “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da arıçılıq sahəsində mövcud olan problemlər, o cümlədən damazlıq tədbirləri şəbəkəsinin genişləndirilməsi, arıçılıq məhsullarının marketinqinin təşkili, normativ-texniki sənədlərin hazırlanması, mütəxəssis hazırlığı, elmi-tədqiqat işləri və s. ətrafında geniş müzakirələr aparılıb.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR