Arif Hacılı: “Müsavat Partiyasının hər hansı təşkilatlarla seçki bloku yaratması məsələsi müzakirə olunmur”

Arif Hacılı: “Müsavat Partiyasının hər hansı təşkilatlarla seçki bloku yaratması məsələsi müzakirə olunmur”
16:17 23 Yanvar 2015
181 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 16:11 ]

Bakı. Etibar Məmmədov – APA. “Bəzi siyasi partiyalar parlament seçkiləri ilə bağlı blok yaratmaq istiqamətində müzakirələri Demokratiya və İnsan Haqları Mərkəzində mövcud olan funksional əməkdaşlıq çərçivəsindən kənarda aparır. Bu prosesin Demokratiya və İnsan Haqları Mərkəzində olan mövcud əməkdaşlıq münasibətlərinə heç bir aidiyyatı yoxdur və Müsavat Partiyası bu prosesdə iştirak etmir”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

 

A. Hacılı bildirib ki, Müsavat Partiyasının təşəbbüsü ilə yaradılan Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində (SPDİHM) funksional əməkdaşlıq konkret olaraq siyasi məhbuslar və müəyyən demokratik islahatların aparılması ilə əlaqədardır: “Bu mərkəzə daxil olan siyasi partiyalar arasında müttəfiqlik münasibətləri yox, yalnız funksional əməkdaşlıq münasibətləri mövcuddur. Hazırda həmin mərkəzə daxil olan bəzi partiyalar arasında seçki blokunun yaradılması ilə bağlı gedən prosesin həmin əməkdaşlıq məsələlərinə heç bir aidiyyatı yoxdur və Müsavat Partiyası bu prosesdə iştirak etmir”.  

 

Müsavat başqanı qeyd edib ki, hazırda partiya tərəfindən ölkədə seçkiqabağı demokratik şəraitin yaradılması, seçki qanunvericiliyində və digər sahələrdə islahatların aparılması istiqamətində siyasi təşkilatlarla funksional əməkdaşlıq perspektivləri haqda müzakirələr aparılır: “Müsavat Partiyasının hər hansı siyasi təşkilatlarla seçki bloku yaratması məsələsi müzakirə olunmur. Biz yalnız seçkilər yaxınlaşdıqca, real siyasi qüvvələrlə seçki blokunun yaradılmasına səy göstərmək niyyətindəyik. Əgər bu niyyətimiz baş tutmasa, Müsavat Partiyası seçkidə təkbaşına iştirak edəcək”.

 

Qeyd edək ki,  Azadlıq Partiyasının sədri Əhməd Oruc SPDİHM-də 11 partiyadan 6-nın - KXCP,  Xalq Partiyası, Azadlıq Partiyası, Böyük Azərbaycan Partiyası, Azad Demokratlar Partiyası və Liberal Demokrat Partiyasının seçki bloku yaratmaq qərarına gəldiyini və blokun yaxın vaxtlarda rəsmən elan olunacağını açıqlayıb. SPDİM-də təmsil olunan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə APA-y a açıqlamasına bildirib ki, SPDİHM Müsavat Partiyasının təşəbbüsü ilə yaradılıb və bir qrup partiyanın Müsavat Partiyasının kənara qoymaqla siyasi blok yaratmağa cəhd etməsi siyasi etika baxımından düzgün deyil.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370163

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR