YAP Naxçıvan Muxtar Respublikası təşkilatının namizədlərindən 1053 nəfəri bələdiyyə üzvü seçilib

16:18 23 Yanvar 2015
181 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 23 yanvar, Rauf Əliyev, AzərTAc
Naxçıvanda 2014-cü il dekabrın 23-də ölkəmizdə keçirilən növbəti bələdiyyə seçkilərinin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyası muxtar respublika təşkilatı tərəfindən namizədliyi irəli sürülənlərdən 1053 nəfəri bələdiyyə üzvü seçilib. Bu da muxtar respublikada bütün bələdiyyə yerlərinin 72,5 faizini təşkil edir. Seçilmiş bələdiyyə üzvlərinin 223-ü qadın, 195-i isə gənclərdir.
AzərTAc xəbər verir ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatı seçkilərdə fəal iştirak etməklə vətəndaşların fəallığının təşviq edilməsi, dairə və məntəqələrdə müşahidəçiliyin təşkili, seçkinin gedişi ilə əlaqədar ilkin və əsaslı hesabatların hazırlanması diqqət mərkəzində saxlanılıb.
Bələdiyyə seçkilərində Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən 171 bələdiyyəyə 1453 nəfər üzv seçilməsi nəzərdə tutulub. Seçki prosesində Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika təşkilatı tərəfindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbləri əsasında 8 rayon (şəhər) partiya təşkilatından fərdi qaydada namizədliyini irəli sürən 1583 nəfər seçki orqanları tərəfindən qeydiyyata alınıb.
Yeni Azərbaycan Partiyası tərəfindən Naxçıvan şəhərindəki 5 bələdiyyəyə 50 nəfərin namizədliyi irəli sürülüb və onlardan 38-i, Şərur rayonunda 53 bələdiyyəyə 463 namizəddən 336-sı, Babək rayonunda 27 bələdiyyəyə 243 namizəddən 139-u, Ordubad rayonunda 30 bələdiyyəyə 308 namizəddən 172-si, Culfa rayonunda 21 bələdiyyəyə 225 namizəddən 145-i, Kəngərli rayonunda 10 bələdiyyəyə 92 namizəddən 78-i, Şahbuz rayonunda 22 bələdiyyəyə 159 namizəddən 119-u, Sədərək rayonunda isə 3 bələdiyyəyə 43 namizəddən 22-si üzv seçilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR