Ekspertlər: Səudiyyə Ərəbistanının yeni kralı hazırkı neft siyasətini davam etdirəcək

Ekspertlər: Səudiyyə Ərəbistanının yeni kralı hazırkı neft siyasətini davam etdirəcək
16:18 23 Yanvar 2015
195 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Səudiyyə Ərəbistanının yeni kralı Salman bin Əbduləziz Al Səud, yanvarın 23-ü vəfat etmiş xələfi Abdullahın neft siyasətini çox güman ki, davam etdirəcək.
AzərTAc İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, ekspertlərin fikrincə, Səudiyyə Ərəbistanı ən azı ilk vaxtlar neft bazarındakı aşağı qiymətlərə baxmayaraq hasilatı əvvəlki həcmdə, yəni sutkada 9,5 milyon barrel səviyyəsində saxlayacaq. Krallığın neft ixracı hazırda sutkada 7 milyon barrelə çatır. Bu da dünya üzrə neft satışının 10 faizdən çoxu deməkdir.
Yanvarın 23-də Kral Abdullahın vəfatı fonunda keçirilən hərraclarda WTİ və Brent markalı neftin qiymətləri müvafiq olaraq 3,1 və 2,6 faiz qalxıb. Səudiyyə Ərəbistanı kralının ölüm xəbəri bazara müəyyən qədər təsir etsə də, analitiklər bu tendensiyanın davamlı olacağına inanmırlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ekspertler_Seudiyye_Arebistaninin_yeni_krali_hazirki_neft_siyasetini_davam_etdirecek-827038

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR