Bakıda dostunu öldürmək istəyən gəncə AĞIR CƏZA

Bakıda dostunu öldürmək istəyən gəncə AĞIR CƏZA
16:19 23 Yanvar 2015
201 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dostunu öldürməyə cəhddə ittiham olunan Elnur Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlərin kolegiyasının qərarı ilə Elnur Ramazonov 13 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2014-cü ilin aprelin 9-da Abşeron rayonu Mehdiabad qəsəbəsinin ərazisində qeydə alınıb. Qəsəbə sakini Elnur Ramazanov münaqişə zəminində həmyerlisi Etibar Muradova bıçaqlayıb. Abşeron rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elnur Ramazanov tutulub.


Araşdırma zamanı müəyyən edilib ki, fəhləliklə məşğul olan Elnur Ramazanov və Etibar Muradov həmin gün içki məclisi qurublar. Bir yerdə fəhlə işləyən dostların içki məclisi sonda qanla bitib. Etibar Muradov iş yoldaşı Elnur Ramazanovu bıçaqla vurub. Elnurun həyatını xilas etmək mümkün olub.
 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR