Namusu anadan üstün tutan oğlan - FOTO

Namusu anadan üstün tutan oğlan - FOTO
16:22 23 Yanvar 2015
174 Digər
Ölkə mətbuatı
A- A+

Saxlanılan şəxs anasını namus üstündə qətlə yetirdiyini deyib
Azərbaycanın Şəmkir rayonunda 2014-cü ilin avqust ayında anası Laləzar Alıyevaya 8 bıçaq zərbəsi vuraraq qətlə yetirən şəxs saxlanılıb.

"Report"un məlumatına görə, 1992-ci il təvəllüdlü Pənahlı İbrahim Arzu oğlu Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı rayonun Nəriman Nərimanov prospektində, "Sovetski" kimi tanınan ərazidə tutulub.

Belə ki, İ.Pənahlının "Sovetski"nin sökülən ərazilərində dağıdılan evlərdə gecələməsi polis əməkdaşlarında şübhə oyadıb. Saxlanılaraq bölməyə gətirilən İ.Pənahlının əvvəlcə şəxsiyyəti dəqiqləşdirilib. Məlum olub ki, o, Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən axtarışdadır. İ.Pənahlı bölmədə ifadə verən zaman hadisəni törədəndən sonra Bakıya qaçdığını və avqust ayından bəri müxtəlif tikinti yerlərində fəhləlik etməklə dolandığını bildirib. Saxlanılan şəxs anasını namus üstündə qətlə yetirdiyini deyib.

Artıq İ.Pənahlı Şəmkir RPŞ-nin əməkdaşlarına təqdim olunub. Onun barəsində Şəmkir Rayon Prokuroroluğunda başlanan cinayət işinin istintaqı davam etdirilir.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/320603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR