Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının başa çatmasına üç tur qalıb

Qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının başa çatmasına üç tur qalıb
16:23 23 Yanvar 2015
289 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc 
“Central Park Hotel”də keçirilən qadınlar arasında Azərbaycan çempionatının başa çatmasına 3 tur qalıb.
AzərTAc xəbər verir ki, 6-cı turda Nərmin Məmmədovaya qarşı qara fiqurlarla mübarizə aparan Nərmin Kazımova xalları yarı bölüb. Bu turda digər heç-heçə Ülviyyə Fətəliyeva və Səbinə İbrahimova, Gülnar Məmmədova və Aytən Əmrayeva arasında qeydə alınıb. Zeynəb Məmmədyarova Səbinə Quliyeva, Xəyalə Abdulla Pərvanə İsmayılova, Türkan Həsənova Xatun Bağırova, Xanım Balacayeva isə Nərmin Söyünlü üzərində qələbə qazanıb.
Beləliklə, 6 turdan sonra Nərmin Kazımova 5,5 xalla liderliyini qoruyub saxlayıb. Nərmin Məmmədova isə liderdən bir xal az toplayaraq 4,5 xalla 2-ci yerdədir. Ülviyyə Fətəliyeva, Səbinə İbrahimova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla və Türkan Həsənova isə hərəyə 4 xal toplayaraq 3-7-ci yerləri bölüşdürürlər.
Ümumilikdə 20 zəka sahibinin iştirak etdiyi yarış İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilir və yanvarın 25-də başa çatacaqdır.
Çempionatda ilk üç yeri yerləri tutan şahmatçılar Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Şahmat Federasiyasının medalları ilə təltif olunacaqlar. Onlar 2015-ci ildə keçiriləcək şəxsi Avropa çempionatında iştirak edəcəklər.
Turnirin ümumi mükafat fondu 2500 manatdır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qadinlar_arasinda_sahmat_uzre_Azerbaycan_chempionatinin_basa_chatmasina_uch_tur_qalib-827040

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR