Ukraynada Dövlət Kosmik Agentliyinə yeni rəhbər təyin edilib

Ukraynada Dövlət Kosmik Agentliyinə yeni rəhbər təyin edilib
16:23 23 Yanvar 2015
181 Dünya
Ölkə mətbuatı
A- A+


Kiyev, 23 yanvar, AzərTAc
Ukrayna Nazirlər Kabineti Dövlət Kosmik Agentliyinə (Dövlətkosmos) yeni başçı təyin edib. Hökumətin qərarında bildirilir ki, yeni direktor Yuliya Timoşenkonun birinci hökumətində sənaye siyasəti nazirinin birinci müavini işləmiş Oleq Uruski olub.
O.Uruski əvvəlki vəzifəsində müdafiə-sənaye kompleksi məsələlərinin əlaqələndirilməsi ilə məşğul olub.
Dövlət Kosmik Agentliyinin baş direktor vəzifəsində O.Uruskinin sələfi Yuri Alekseyev lyustrasiya səbəbindən işdən çıxarılan ilk məmurlarından biri olub.
Ukrayna Dövlət Kosmik Agentliyi icra hakimiyyətinin kosmik fəaliyyət sahəsində əsas orqanıdır. “Yujmaş”, “Yujnoye” Konstruktor Bürosu, “Arsenal”, “Xartron” zavodları və bir sıra digər müəssisələr onun himayəsindədir.
Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri
Kiyev

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR