Auditorlar Palatasının şura iclası keçirilib

Auditorlar Palatasının şura iclası keçirilib
16:28 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Auditorlar Palatasının növbəti şura iclası keçirilib.
Palatadan AzərTAc-a bildiriblər ki, iclasda şura üzvləri, komitə və auditor təşkilatları rəhbərlərinin iştirakı ilə bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
İclasda auditor xidmətinin aktual problemləri üzrə keçirilmiş sosioloji sorğunun nəticələrinə dair hazırlanmış tövsiyələr, Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) 1 №-li üzvlüyə dair öhdəlik tələblərinə müvafiq olaraq auditor xidmətinin keyfiyyətinə nəzarət, auditor andının içilməsi prosedurları, auditor təşkilatlarının və sərbəst auditorların maliyyə-təsərrüfat fəaliyyətləri üzrə aparılmış yoxlamalara dair icmal, auditorların 2014-cü ildə keçirilən ixtisasartırma kurslarında iştiraklarının nəticələri, auditorların və mütəxəssislərin ixtisasartırma kurslarının təşkili və keçirilməsi qaydaları və digər məsələlər müzakirə edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Auditorlar_Palatasinin_sura_iclasi_kechirilib-827045

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR