Yerli internet provayder “Webtv” xidmətinin tətbiqinə başlayıb

Yerli internet provayder “Webtv” xidmətinin tətbiqinə başlayıb
16:28 23 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
“DataPlus” internet provayderi “Webtv” xidmətini abunəçilərinin ixtiyarına verib.
İnternet provayderdən verilən məlumata görə, artıq istifadəçilər onlayn rejimində Azərbaycan, rus, türk və ingilis dilində 140-dan çox televiziya kanalını izləyəcəklər.
“DataPlus” abunəçisi olmaqla heç bir əlavə ödəniş etmədən bu xidmətdən yararlanmaq mümkündür.
Yanvarın 31-dək bütün internet istifadəçiləri “webtv.dataplus.az” saytına daxil olmaqla xidmətdən istifadə edə bilərlər. “Webtv” xidmətindən yararlanmaq üçün minimal sürət 2048 kb/s-dən artıq olmalıdır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR