Nazirlik həbsdən çıxanlara pul verdi

Nazirlik həbsdən çıxanlara pul verdi
16:29 23 Yanvar 2015
99 Sosial
Ölkə mətbuatı
A- A+

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əhalinin sosial müdafiəsi mərkəzləri penitensiar müəssisələrdə cəza çəkməkdən azad  edilən, tibbi və sosial yardıma ehtiyacı olan 4 565 nəfər şəxsi birdəfəlik pul müavinəti ilə təmin edib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, həmin şəxslərin hər birinə müvafiq qanunvericiliyə uyğun olaraq, minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ödənilib.

Qeyd olunan şəxslərin sosial adaptasiyası da diqqətdə saxlanılır. Bu məqsədlə  hazırda ƏƏSMN-nin sifarişi ilə Qobustan rayonunda Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzi inşa olunur. Bu  ildə istifadəyə verilməsi nəzərdə tutulan mərkəz həmin şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının qorunması, onlara müvafiq sahələrdə yardım göstərilməsi və onların sosial adaptasiyası ilə bağlı tədbirlər həyata keçirəcək.

Bununla yanaşı, cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad ediləcək şəxslərin gələcək məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi üçün onların peşə hazırlığına cəlb edilməsi işləri də aparılır. Belə ki, ƏƏSMN ilə Ədliyyə Nazirliyi arasında imzalanmış müvafiq sazişə əsasən, ötən il penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 230 nəfər şəxs, o cümlədən 32 nəfər məhbus qadın peşə hazırlığına cəlb edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191280

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR