İşido İŞİD-ə yalvardı

İşido İŞİD-ə yalvardı
16:36 23 Yanvar 2015
168 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD-in girov götürdüyü yapon vətəndaşlarından birinin anası terror təşkilatına səslənib.

ANS PRESS-in məlumatına görə, jurnalist Kenji Qotonun anası Junko İşido terror təşkilatından oğlunu sərbəst buraxmalarını istəyib.

Mətbuat konfransı təşkil edən İşido oğlunun bölgədə tamamilə insani məqsədlərlə olduğunu bildirib. Qadın oğlunun İŞİD-in düşməni olmadığını söyləyib: "Oğlum İŞİD düşməni deyil. Oğlumun sərbəst buraxılması üçün öz həyatımdan keçə bilərəm. Bu mənim üçün çox az bir fədakarlıq olardı".

İşido oğlunun girov götürülən yoldaşı Haruna Yukavanın sərbəst qalmasını təmin etmək üçün bu ölkəyə getdiyini ifadə edib. Qadın oğlunu sərbəst buraxmaları üçün İŞİD-ə yalvarıb.

İşido həmçinin bildirib ki, Yaponiyaya turist və ya tələbə kimi gələn bütün müsəlmanlara evinin qapıları açıqdır.

Yaponiyanın İŞİD-dən tələbi (FOTO)


İŞİD Yaponiyanı geri oturtdu


İŞİD girovlara qiymət qoydu - 200 milyon
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR