Deputat Novruz Aslan seçicilərini qəbul edib

Deputat Novruz Aslan seçicilərini qəbul edib
16:37 23 Yanvar 2015
181 Digər
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 16:30 ]


Bakı - APA. Milli Məclisin deputatı Novruz Aslanov İsmayıllı rayonunun Vəng kəndində  seçicilərini qəbul edib.

 

Deputatın qərargahından APA-ya verilən xəbərə görə, qəbul kənd orta məktəbində baş tutub və kənd icra nümayəndəsi, bələdiyyə sədri də qəbulda iştirak ediblər.

 

Qəbula gələn sakinlərin qaldırdığı məsələlər əsasən kəndə gedən yolun, işıq dirəklərinin dəyişdirilməsi, təbii qaz və içməli su məsələsi ilə bağlı olub. Qaldırılan məsələlərlə bağlı deputat əlaqədar qurumlara müraciət edəcəyini bildirib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR