Türkiyədə adlar erməniləşdirilir (FOTO)

Türkiyədə adlar erməniləşdirilir (FOTO)
14:16 26 Dekabr 2014
54 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Bitlis şəhərinin qubernatoru küçələrdən birinə erməni mənşəli yazıçı Uilyam Saroyanın adının verilməsni təsdiqləyib.

ANS PRESS-in məlumatına görə, küçənin adının dəyişdirilməsi haqqında təklif bir neçə ay əvvəl qəbul edilsə də, qubernator Orxan Öztürk qərarı yaxın günlərdə imzalayıb. Qərara əsasən, Saroyanın adı Bitlisdə ailəsinin yaşadığı küçəyə verilib.

Qeyd edək ki, bu, ilk belə hadisə deyil. Belə ki, Türkiyənin Van şəhərində də 704 yer adı erməni adları ilə dəyişdirilib.

Andranik İspiryanın sözlərinə görə isə, belə bir qərarın qəbul edilməsi kürd partiyasının da maraqlarına uyğun gəlir. O həmçinin bildirib ki, onlar bununla Türkiyədəki azlıqların, həmçinin erməni diasporunun dəstəyini qazanmaq istəyirlər.







RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR