Türkiyədə baş vermiş zəlzələ əhali arasında təşvişə səbəb olub

Türkiyədə baş vermiş zəlzələ əhali arasında təşvişə səbəb olub
16:38 23 Yanvar 2015
189 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin şimal-qərbindəki Bursa vilayətində Rixter cədvəli üzrə 4,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend cümə günü "Anadolu" agentliyinə istinadən xəbər verir.

Türkiyənin Boğaziçi Universitetinin Qəndilli Rəsədxanasının və ölkənin Seysmik Araşdırmalar İnstitutunun məlumatına görə, yeraltı təkanlar yanvarın 23-də yerli vaxtla saat 12.19-da baş verib.

İlkin məlumatlara görə, tələfat və dağıntı yoxdur. Zəlzələ əhali arasında təşviş doğurub.

Yeraltı təkanlar İstanbulda da hiss olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2356472.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR