Yol polisi və Olimpiya çempionu Elnur Məmmədli danışdı

Yol polisi və Olimpiya çempionu Elnur Məmmədli danışdı
16:42 23 Yanvar 2015
972 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda keçirilən və yol hərəkətinin təhlükəsizliyinə həsr olunan tədbirdə olimpiya çempionu, polis kapitanı Elnur Məmmədli də iştirak edib. E.Məmmədli çıxış edərək mükafat alan polis yoldaşlarını təbrik edib.

Milli.Az xəbər verir ki, tədbirin sonunda olimpiya çempionu lent.az-a açıqlamasında polis orqanlarında işlərinin yaxşı getdiyini, eyni zamanda idmanla da məşğul olduğunu deyib.

Qeyd edək ki, E.Məmmədli xeyli müddətdir ki, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsində çalışır. O, həm də Azərbaycan Cüdo Federasiyasının vitse-prezidentidir.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR