Azərbaycanda magistratura və rezidenturaya sənəd qəbulunun tarixləri açıqlandı

Azərbaycanda magistratura və rezidenturaya sənəd qəbulunun tarixləri açıqlandı
16:43 23 Yanvar 2015
212 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda 2014-2015-ci tədris ili üçün ali təhsilin magistratura səviyyəsi üzrə qəbul imtahanlarında iştirak etmək üçün ərziə qəbulu fevralın 3-dən 12-dən aparılacaq.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, qəbul imtahanının 1-ci mərhələsi fevralın 22-də, proqram seçimi 1-10 apreldə, qəbul imtahanının II mərhələsi aprelin 26-da olacaq. Magistraturaya ixtisaslaşma seçimi isə mayın 7-12-də, boş qalan yerlərə əlavə ixtisaslaşma seçimi 22-28 iyunda aparılacaq.

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə ərizə qəbulu 16-23 fevralda həyata keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR