Gələn il Bakıda ümumdünya gömrük məsələlərinə dair böyük elmi-praktiki konfrans keçiriləcək

Gələn il Bakıda ümumdünya gömrük məsələlərinə dair böyük elmi-praktiki konfrans keçiriləcək
14:22 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 14:16 ]

Naftalan. Teymur Zahidoğlu - APA. Gələn Azərbaycanda gömrük məsələləri üzrə böyük elmi-praktik konfrans keçiriləcək. Bu barədə APA-nın Qarabağ bürosuna Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bildirib.

 

A. Əliyevin sözlərinə görə, tədbir Ümumdünya Gömrük Təşkilatı ilə birgə reallaşdırılacaq.

 

Komitə sədrinin sözlərinə görə, 2015-ci ildə Azərbaycan Gömrük Akademiyası üçün binanın inşası da planlaşdırılır. Eyni zamanda növbəti il gömrük orqanlarının modernləşdirilməsi prosesi də davam etdiriləcək.

 

A. Əliyev bildirib ki, Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycan gömrükçülərinin də qarşısında müəyyən öhdəliklər yaradır ki, komitə bu sahədə də öz vəzifəsinin layiqincə icrası üçün tədbirlər görür.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367366

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR