Ordumuz daha bir hərbçisini itirdi - FOTO

Ordumuz daha bir hərbçisini itirdi - FOTO
16:52 23 Yanvar 2015
140 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan ordusu daha bir əsgərini itirib
Müdafiə Nazirliyindən qafqazinfo-ya daxil olan məlumatda bildirilir ki, Silahlı Qüvvələrin N saylı hərbi hissəsində avtomat silahla ehtiyatsız davranılması nəticəsində atəş açılıb və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Babaşov Nizami Şəmil oğlu vəfat edib.

Qeyri-döyüş şəraitində baş verən hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

26 yaşlı Babaşov Nizami Şəmil oğlu Füzuli rayonu, Araz-Zərgər kənd sakinidir.

Əsgərin özünün və yas mərasimindən olan fotoları təqdim edirik:

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/320616.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR