Azərbaycanda abortun reklamı qadağan edilir

Azərbaycanda abortun reklamı qadağan edilir
16:52 23 Yanvar 2015
127 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda hamiləliyin süni yolla pozulması üzrə tibbi xidmətin reklamı qadağan edilir
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, parlamentin müzakirəsinə tövsiyə olunan “Reklam haqqında” qanun layihəsində qeyd edilir.

Yeni layihəyə əsasən, körpələr və erkən yaşına çatmamış uşaqlar üçün süni qida məhsullarının reklamında da bəzi qadağalar olacaq.

Bu qadağalar reklamlarda həmin məhsulların ana südü ilə eyni olması, onu tam əvəz edə bilməsi, körpələrin ana südü ilə qidalanması ilə müqayisədə süni qidalanmanın üstünlüklərinin verilməsi barədə məlumatların ola bilməməsi ilə bağlıdır. Bundan başqa, bu məhsullar barədə reklam xarakterli məlumatlar hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayıla bilməz. Süni qida məhsullarının satış sərgisi və xüsusi nümayişi reklam məqsədi ilə təşkil oluna bilməz.

Yeni layihədə qeyd edilir ki, körpələr və erkən yaşına çatmamış uşaqlar üçün süni qida məhsullarının reklamında onlardan istifadənin yaş məhdudiyyətləri haqqında məlumatlar verilməli, mütəxəssislərlə məsləhətləşmənin zəruriliyi, ana südünün üstünlüyü qeyd olunmalıdır. Bioloji aktiv maddələrin, qida əlavələrinin, körpələr və erkən yaşına çatmamış uşaqlar üçün süni qida məhsullarının reklamının açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilməsi qadağandır.

Layihə MM-in fevralın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR