Bakıda avtobuslar səhərə qədər işləyəcək

Bakıda avtobuslar səhərə qədər işləyəcək
14:26 26 Dekabr 2014
77 Digər
Ölkə mətbuatı
A- A+

Yeni il günü Bakıda sərnişin avtobusları gecə saatlarına qədər işləyəcək. Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərovun ANS PRESS-ə verilən məlumata görə, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq Bakıda sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələri gecə saatlarına qədər işləyəcək.

Onun sözlərinə görə, əhalinin sıxlığı olacaq yerlərdə nəqliyyat vasitələrinin sayı artırılacaq.

Nazirlik rəsmisi bildirib ki, kənar qəsəbələrə işləyən avtobusların iş fəaliyyəti gecə saatlarına qədər davam edəcək. Əgər lazım gələrsə, avtobuslar daha çox işləyəcək.

"Əgər dövlət əhəmiyyətli tədbir, şənlik keçirilərsə, bu zaman mümkündür ki, avtobuslar gecə də işləsinlər. Biz bütün sahibkarlara tapşırıqlar vermişik. müfəttişlərimiz reydlər keçirəcəklər", - deyə Əmrah Cəfərov bildirib.

Onun sözlərinə görə, gedişhaqqıların süni şəkildə qaldırılmaması üçün də xüsusi nəzarət tədbirləri keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=316448

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR