Baş Prokurorluğun Şirvanda qayınatanın özünü və gəlinini öldürməsi ilə bağlı məlumatı

Baş Prokurorluğun Şirvanda qayınatanın özünü və gəlinini öldürməsi ilə bağlı məlumatı
16:53 23 Yanvar 2015
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İlkin İzzət/

Şirvan şəhərində baş vermiş qətllə bağlı başlanmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 22-də Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, bina 10, mənzil 15-də iki şəxsin meyitinin aşkar edilməsi barədə Şirvan şəhər prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında dərhal şəhər prokurorluğu və polis şöbəsinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, maddi sübutlar, o cümlədən cinayətin aləti olan bıçaq götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən tarixdə şəhər sakini 1965-ci il təvəllüdlü Kişiyev Araz Babayar oğlu Şirvan şəhərində kirayədə yaşayan gəlini - 1976-cı il təvəllüdlü Balakişiyeva Sevinc Məmməd qızına şəxsi münasibətlər zəminində aralarında baş vermiş münaqişə zəminində çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürdükdən sonra özünün də boğaz nahiyəsini kəsərək intihar edib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda baş vermiş cinayətin bütün xüsusatlarının tam və hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR